Ağrı, insanın sağ qalmasını təmin edən həyati bir müdafiə mexanizmidir. Ağrı, orqanizmin bir şeyin səhv getdiyindən və ya təhlükəli olmasından xəbər verən bir siqnalıdır. Ağrı hiss etməyən insanlar özlərinə həyati təhlükə yaradan xəsarətlər yetirə bilərlər.
Dəriyə, daxili orqanlara və toxumalara nüfuz edən sinir uclarında təhlükə siqnalı yaranır. Bu sinir ucları onurğa beyni vasitəsi ilə beyinə elektrik siqnalına bənzər siqnal ötürür və bu siqnal beyində emal olunduqdan sonra ağrı vasitəsi ilə hərəkətə keçmək lazım olduğunun siqnalını verir.
«Ağrıdan» yalnız yaralar və qançırlar deyil; müxtəlif daxili zədələr də ağrıya səbəb olur. Zədə nə qədər geniş və dərin olarsa, ağrı bir o qədər şiddətli və davamlı olur.