Ağrı

Ağrıya nəzarət et, həyatına davam et

Ağrı orqanizmin xəbərdarlıq siqnalıdır. Onu başa düşmək və düzgün vasitə ilə yüngülləşdirmək gündəlik həyatınıza tez qayıtmağa kömək edir.

Ağrı nədir?

Ağrı, insanın sağ qalmasını təmin edən həyati bir müdafiə mexanizmidir. Ağrı, orqanizmin bir şeyin səhv getdiyindən və ya təhlükəli olmasından xəbər verən bir siqnalıdır. Ağrı hiss etməyən insanlar özlərinə həyati təhlükə yaradan xəsarətlər yetirə bilərlər.

Dəriyə, daxili orqanlara və toxumalara nüfuz edən sinir uclarında təhlükə siqnalı yaranır. Bu sinir ucları onurğa beyni vasitəsi ilə beyinə elektrik siqnalına bənzər siqnal ötürür və bu siqnal beyində emal olunduqdan sonra ağrı vasitəsi ilə hərəkətə keçmək lazım olduğunun siqnalını verir.

«Ağrıdan» yalnız yaralar və qançırlar deyil; müxtəlif daxili zədələr də ağrıya səbəb olur. Zədə nə qədər geniş və dərin olarsa, ağrı bir o qədər şiddətli və davamlı olur.

Ağrı nədir?

Ağrı haqqında bilməli olduqlarınız

Ağrının necə yarandığından tutmuş onun yüngülləşdirilməsində istifadə olunan vasitələrə qədər əsas suallara qısa cavablar.

Ağrı nədir?

Hər kəs ağrıya fərqli şəkildə dözür, lakin onun yaranma mexanizmi hamıda eynidir: sinir ucları təhlükə siqnalını beyinə ötürür və beyin ağrı hissi ilə cavab verir. Ağrı bizi qoruyan bir xəbərdarlıq sistemidir.

Hansı hallarda QSİƏV işlədilir?

Reseptsiz alına bilən qeyri-steroid iltihab əleyhinə vasitələr (QSİƏV) adətən baş ağrısı, diş ağrısı, əzələ, bel və oynaq ağrıları, ağrılı menstruasiya, həmçinin revmatik xəstəliklər və yumşaq toxuma iltihablarında yüngül və orta dərəcəli ağrını yüngülləşdirməyə kömək edir. Şiddətli ağrı olarsa, mütəxəssisə müraciət edin.

QSİƏV növləri — aktiv maddələr

QSİƏV-lər təsirlərinin spesifikliyinə görə bir neçə qrupa bölünür: propion turşusu törəmələri (ketoprofen, ibuprofen, naproksen), salisil turşusu törəmələri, fenilsirkə turşusu törəmələri (diklofenak) və digərləri. Reseptsiz buraxılanlar arasında ən çox ketoprofen, ibuprofen və naproksen istifadə edilir.

Ağrı üçün Ketonal®

Ketoprofen tərkibli yerli vasitələr ağrı və iltihabı hədəfə alır. Ehtiyacınıza uyğun forma seçin.

Ketonal® krem 5%

Təsiredici maddənin yüksək konsentrasiyası (ketoprofen 5%). Tərkibindəki vazelin aktiv maddənin daha dərinə nüfuz etməsinə kömək edir, dərini nəmləndirir və qoxusuzdur. İltihab ocağında uzun müddət qaldığı üçün güclü iltihabəleyhinə təsirə malikdir — artrit, oynaq ətrafı toxuma iltihabı və bel ağrısı olan pasiyentlərə göstərişdir.

Ketonal® gel 2,5%

Tərkibində lavanda efir yağı var (əlavə iltihabəleyhinə və yüngül sərinləşdirici təsir). Tez nüfuz edir, yağlı ləkə izi qalmır və qoxusuzdur. Travma, vətər və bağların zədələnməsi, burxulma və çıxıq, artritin ağırlaşmayan forması olan pasiyentlərə göstərişdir; orta və zəif ağrılar zamanı monoterapiyada effektivdir.

Ağrı haqqında məqalələr