Bağırsaq mikroflorasının balansını bərpa etmək üçün Linex probiotiki

Həzminizə etibar edin

Stress, ətraf mühitdə və ya qidalanma rasionunda dəyişikliklər, infeksiyalar bağırsaqdakı faydalı mikroorqanizmlərin sayını azalda və ya onların fəaliyyətini poza bilən amillərdir. Probiotiklərin və laktobakteriyaların birləşməsi bağırsaq mikrobiotasının balansını bərpa etməyə və qorumağa kömək edir və siz yenidən həzminizə etibar edə bilirsiniz.

Disbioz həzm pozuntusunun səbəbidir

Bağırsaq disbiozu mikrobiotanın tərkibinin və fəaliyyətinin pozulmasıdır. Adətən stress və ya qidalanma vərdişlərimizin dəyişməsi səbəbindən inkişaf edir və qarında köp, meteorizm, qəbizlik və ya diareya, qarın nahiyəsində xoşagəlməz hisslər, həzm pozuntuları şəklində özünü göstərir.

Disbiozun 3 xarakterik simptomu

Diareya

24 saat ərzində normal nəcisdən maye nəcisə keçidlə üç dəfə tualetə getdikdən sonra diareyadan danışmaq olar.

Qarında köp və meteorizm

Bağırsaq mikrobiotasının tərkibində dəyişiklik artıq miqdarda qazların yaranmasına səbəb ola bilər.

Qəbizlik

Bu simptom bağırsağın boşalmasının pisləşməsi (həftədə 3-4 dəfə) və ya bağırsağın tam boşalmaması hissi ilə xarakterizə olunur.

Linex® Forte

Faydalı bakteriya kulturları — Lactobacillus acidophilus (LA-5®) və Bifidobacterium animalis subsp. lactis (BB-12®) — ilə bağırsaq mikrobiotasının balansını bərpa edən və qoruyan probiotik. Disbiozun profilaktikası, müalicəsi və həzm pozuntuları üçün.

Əlaqəli məqalələr