
Linex® Forte probiotiki
Linex® Forte bağırsaq mikrobiotasının balansını dəstəkləyən, həzm pozulmalarının və antibiotiklərin yan təsirlərinin qarşısını alan probiotik dərman vasitəsidir. Faydalı bakteriya kulturları olan Lactobacillus acidophilus (Chr. Hansen LA-5®) və Bifidobacterium animalis subsp. lactis (Chr. Hansen BB-12®) kombinasiyası nazik və yoğun bağırsaqda mikrobiota balansını bərpa etməyə və qorumağa imkan verir. Böyüklər və bir yaşdan yuxarı uşaqlar üçün nəzərdə tutulub.




