
Baneocin® toz
Kəsiklər, sıyrıqlar, cızıqlar və yanıqlar zamanı infeksiyaların müalicəsi üçün.
Gündə 2-4 dəfə birbaşa yaranın üzərinə nazik qatla çəkilir.
Bütün ailə üçün yaraların* müalicəsinə universal** vasitə
Fəal uşaqlıq Baneocin® qoruması altında



Baneocin® dərmanı eyni anda iki bakterisid antibiotik (neomisin və basitrasin) ehtiva edir. Bu kombinasiya ona xəstəliktörədici bakteriyalara qarşı geniş təsir spektri verir.
Baneocin® yaraların sağalmasının müxtəlif mərhələlərində tətbiq oluna bilən iki dərman formasında (toz və məlhəm) buraxılır. Preparat həm məişət, idman və istehsalat yaralarının*, həm də dərinin ocaqlı infeksion zədələnmələrinin müalicəsində istifadə oluna bilər.
Baneocin® istehsalçısı olan «Sandoz» şirkəti preparatlarının keyfiyyətini artırmaq üçün innovasiyaları müntəzəm inkişaf etdirən peşəkarlar komandasıdır. Baneocin® preparatının hər iki dərman forması yaxşı tolere olunur və yüksək təhlükəsizlik profilinə malikdir, toz forması isə hətta yenidoğulmuşlarda göbək infeksiyasının profilaktikası üçün istifadə oluna bilər.

Sağalan yaralarda* infeksiyanın müalicəsi üçün

Sağalan yaralarda* infeksiyanın müalicəsi üçün

Sağalan yaralarda* infeksiyanın müalicəsi üçün

Kəsiklər, sıyrıqlar, cızıqlar və yanıqlar zamanı infeksiyaların müalicəsi üçün.
Gündə 2-4 dəfə birbaşa yaranın üzərinə nazik qatla çəkilir.

“Qabıq” bağlayan sağalan yaralarda infeksiyanın, həmçinin irinli səpgilərin (məsələn, akne xəstəliyi, furunkullar) müalicəsi üçün.
Zədələnmiş sahələrə gündə 2-3 dəfə nazik qatla çəkilir, sarğı altında da tətbiq oluna bilər.

Baneocin® tozu yandırmır. Onu yaranı* əl və ya pambıqla toxunmadan asanlıqla tətbiq etmək olur və özünüzlə götürmək rahatdır; tərkibindəki antibakterial komponentlər sayəsində Baneocin® yaradakı* infeksiyaya təsir edir.

Baneocin® tozu yarada* qoruyucu qat əmələ gətirir; ikincili infeksiyanın yaranmasının qarşısını alır; Baneocin® məlhəmi yaradakı qabığın ayrılmasını asanlaşdırır, mexaniki qoruma və yumşalma təmin edir.

Baneocin® tozu yüksək təhlükəsizlik profilinə malikdir və uşaqlarda həyatın ilk günündən, o cümlədən göbək yarasının işlənməsi üçün istifadə oluna bilər.

Sıyrıqlar, cızıqlar, səthi yaralar demək olar ki, istənilən yaşda uşaqlarda tez-tez rast gəlinir. Buna görə uşağınız hər dəfə yenidən yaralananda panikaya düşmək lazım deyil. Belə vəziyyətdə əsas vəzifə qanaxmanı dayandırmaq və yaranın infeksiyalaşmasının qarşısını almaq üçün onu düzgün işləməkdir.
Daha dəqiq desək, infeksiyalaşma dərinin istənilən zədələnməsi zamanı baş verir. Lakin bəzi hallarda yara tez bağlanır.

İnfeksiyanın inkişafında, ilk növbədə, yaraya düşən bakteriyaların növü və miqdarı, həmçinin immunitetin yerli qoruyucu mexanizmlərinin nə dərəcədə effektiv işləyə bilməsi həlledici əhəmiyyət daşıyır. İmmun sisteminin daxil olmuş mikroblara qarşı mübarizəsini anticisimlərin yaranması ilə mikrobların çoxalması arasında yarışa bənzətmək olar.

Yaranın düzgün işlənməsi daxil olmuş bakteriyaların infeksion təsirini əhəmiyyətli dərəcədə azaltmağa imkan verir, bu da ağırlaşmaların inkişaf ehtimalını azaltmağa kömək edəcək.

0 yaş - 2 yaş
Ağırlaşmalara səbəb ola bilən göbək yarasının infeksiyalaşması və iltihabının qarşısını almaq çox vacibdir.

0 yaş - 2 yaş
Bələk dermatiti hər ikinci uşaqda rast gəlinir. Xəstələnmənin pik dövrü təxminən 9-12 aylıq yaşa təsadüf edir. İltihabın səbəbi sürtünmə, bakteriyaların üst-üstə toplanması, dərinin sidik və nəcislə qıcıqlanmasıdır.

2 yaş - 3 yaş
Uşaq ilk addımlarını adətən 9-10 aylığında atmağa başlayır. Tarazlığı saxlamaq asan deyil, buna görə dizlərdə sıyrıqlar yaranır.

3 yaş - 5 yaş
Uşağı sıyrıq və cızıqların infeksiyalaşma riski olan yerlərdən qorumaq çətindir, lakin təhlükəni vaxtında işləməklə minimuma endirmək olar. Baneocin® yaralarda antibakterial qabıq əmələ gətirir və onları infeksiyadan qoruyur.

5 yaş - 10 yaş
Cızıqlar infeksiya mənbəyi ola bilər, buna görə dezinfeksiyaya ehtiyac duyur. Baneocin® irinli xəstəlikləri törədə bilən geniş spektrli mikroorqanizmlərin öhdəsindən gəlir. Dərini zədələmir və yaraları yandırmır.

Suçiçəyi hərarət və qabarcıq şəklində səpgilərin yaranması ilə müşayiət olunur. Adətən xəstəlik dərinin üst qatını zədələyir və dəridə çapıq qoymur. Səpgiyə bakterial infeksiya qoşulduqda ağırlaşmalar inkişaf edə bilər.
Sağalan yarada infeksiya əlamətləri, Baneosin toz və məlhəm üçün istifadə sahəsi limiti, 7 günlük müddət, geniş zədələnmə və allergiya riskləri.
Kəsik, sıyrıq, yüngül yanıq və sağalan yaralarda infeksiya riski, Baneosin toz və məlhəmin fərqli istifadəsi, ehtiyat tədbirləri barədə məlumat.
Baneosin toz və məlhəm haqqında maarifləndirici material: xırda dəri zədələnmələrində infeksiya riski, istifadə təlimatında qeyd olunan hallar, ehtiyat tədbirləri və həkimə müraciət…